Gündəlik məişətdə istifadə etdiyimiz ağardıcı mayelərin (xlor tərkibli) qorxulu tərəfləri ortaya çıxıb.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə nə qədər yaxşı yaxalasanız da, o maddələr qabda qalır.
Tədqiqatlar göstərir ki, bir qabın kimyəvi maddələrdən tam təmizlənməsi üçün onu dəfələrlə (bəzən 20-30 litr su ilə) yaxalamaq lazımdır. Əks halda, qurumuş qabın üzərində qalan görünməz təbəqə yemək vasitəsilə birbaşa mədəyə keçir.
1 çay qaşığı ağardıcı vasitənin tamamilə təmizlənməsi üçün 50 litr su lazımdır. Bu isə qabyuyan maşının təxminən 5-10 dəfə işləməsinə bərabərdir. Maşın 20-30 dəfə boş işləsə belə bu maddələr tam təmizlənmir. Onlar qabyuyanın xortum, filter və daxili səthində toplanıb qalır.
Bu maddələr (xüsusilə səthi aktiv maddələr - surfactant) mədənin daxili qatını zədələyə, qastrit və digər həzm problemlərinə yol aça bilər.
Əlcəksiz yuyulan qablar zamanı bu kimyəvi maddələr dəri vasitəsilə qana keçərək allergik reaksiyalara və uzunmüddətli dəri xəstəliklərinə səbəb olur.
Qeyd edək ki, qabyuyan maşın istehsalçıları həmin mayelərin istifadəsini qətiyyən tövsiyə etmir.
Təmizlik yalnız qoxuya və ya ağlığa deyil, sağlamlığa görə aparılmalıdır!
Fidan
Milli.Az





