Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Milli.Az-a ️FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.
--------
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az





