İqtisadiyyat

Bakının ən bahalı küçələri açıqlandı - Evin 1 kvadratı 17 min manat

16 Yanvar 2026 00:55
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin siyahısı müəyyənləşib. 

Milli.Az xəbər verir ki, bu barədə azxeber.com-a açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində yerləşən küçələr daşınmaz əmlak bazarında ən yüksək qiymət göstəricilərinə malikdir:

"Hazırda Bakıda ən bahalı ünvan Nəsimi rayonu, Neftçilər prospektidir. Burada mənzillərin kvadratmetr qiyməti 17 550 manata qədər yüksəlir. Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində isə bu rəqəm 14 685 manat təşkil edir. 

Ümumilikdə şəhərin mərkəzində yerləşən prestijli ərazilər qiymət baxımından liderliyini qoruyur", - deyə Vüqar Oruc bildirib.

Məlumata görə, paytaxtda ən yüksək qiymət qeydə alınan ünvanlar arasında aşağıdakı küçələr yer alır:

Nəsimi rayonu, Neftçilər prospekti - 17 550 manat

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi - 14 685 manat

Ağ Şəhər, Yaşıl Ada 1 - 8 250 manat

Yasamal rayonu, İzmir küçəsi - 7 955 manat

Səbail rayonu, Qurban Abbasov küçəsi - 7 325 manat

Səbail rayonu, Mikayıl Hüseynov küçəsi - 6 940 manat

Səbail rayonu, İstiqlaliyyət küçəsi - 5 580 manat

Yasamal rayonu, Şıxəli Mehdiyev küçəsi - 5 140 manat

Səbail rayonu, Mehdi Hüseyn küçəsi - 4 970 manat

Xətai rayonu, 2-ci Fəvvarələr küçəsi - 4 920 manat

Səbail rayonu, Əziz Əliyev küçəsi - 4 510 manat

Səbail rayonu, Əhməd Cavad küçəsi - 4 490 manat

Xətai rayonu, 8 Noyabr prospekti - 4 400 manat

Səbail rayonu, Azadlıq prospekti - 4 260 manat

Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi - 4 250 manat

Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi - 4 200 manat

Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi - 4 175 manat

Səbail rayonu, Böyük Qala küçəsi - 4 160 manat

Ekspert qeyd edib ki, qiymətlərin bu qədər yüksək olması həmin ərazilərin mərkəzə yaxınlığı, inkişaf etmiş infrastrukturu və premium tipli yaşayış komplekslərinin çoxluğu ilə bağlıdır:

"Bu küçələrdə yerləşən mənzillərə tələb yüksək olduğu üçün qiymətlər də daim artım meylini qoruyur", - deyə Vüqar Oruc əlavə edib.

Sonda qeyd edək ki, Bakı daşınmaz əmlak bazarında ən bahalı mənzillər ənənəvi olaraq Səbail, Nəsimi və Yasamal rayonlarında cəmləşməkdə davam edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.