İsrail qüvvələri HƏMAS komandiri Yəhya Ayyaşın həyat yoldaşı "Mühəndis" ləqəbli Hiyam Ayyaşı saxlayıblar.
Milli.Az xəbər verir ki, əsgərlər qadının gözlərini bağlayıb şəkil çəkdirib və sosial mediada paylaşıblar.
İsrail qüvvələri HƏMAS lideri Yəhya Əyyaşın həyat yoldaşı Hiyam Əyyaşı Qərb Şəriyəsinin Nablus şəhərində saxlayıb.
Saxlanmanın səbəbi Hiyam Ayyaşın ərinin ölümünün ildönümündə dərc etdiyi "təhrikedici mesaj" kimi göstərilib.
Qeyd edək ki, Yəhya Əyyaş 5 yanvar 1996-cı ildə İsrailin daxili kəşfiyyat agentliyi Şin Bet tərəfindən izlənilən əməliyyat zamanı telefonuna yerləşdirilmiş partlayıcı qurğunun uzaqdan işə salınması nəticəsində həlak olub.
Fidan
Milli.Az





