Şou-biznes

"Cabir İmanov haqqında yazanlar Allahsızdırlar"

16 Oktyabr 2025 16:44
Baxış: 893
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb. 

Milli.Az xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın "Rekord TV"də yayımlanan "Qaranlıqda həqiqət" layihəsində deyib. Ç. Abdullayev mərhum aktyorla bağlı mənfi rəy yazan şəxslərə irad bildirib:

"Cabirlə münasibətimiz çox gözəl idi. Hər zaman o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar Allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma. Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun? Allah Cabirə rəhmət eləsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi".

Qeyd edək ki, C.İmanov bir neçə gün əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib. /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.