Mel Gibsonun məşhur "Apokalipsis" filmində baş rolda çıxış edən aktyor Rudi Yanqblood Texas ştatında polis tərəfindən saxlanılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, polis əməkdaşlardan biri orada dayanmış avtomobilin sahibinə yaxınlaşaraq söhbət edib və həmin şəxsin Rudi Yanqblood olduğunu müəyyənləşdirib.
Yoxlama zamanı bəlli olub ki, Yanqbloodun ailə üzvünə qarşı məişət zəminində hücum ittihamı ilə bağlı axtarış orderi var.
Yanqblad hazırda həbsdədir və onun azad edilməsi üçün girov məbləği 20 min dollar olaraq müəyyən edilib.
Polis onu həbs edərkən, aktyorun üzərindən ağ rəngli kristal maddə aşkarlanıb. Maddənin nə olduğu laborator analizindən sonra rəsmən təsdiqlənəcək və əlavə ittihamların irəli sürülə biləcəyi bildirilib.
Lalə Qüdrətova
Milli.Az