ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına görə, "OceanGate" şirkətinə məxsus "Titan" sualtı aparatı texniki tələblərə cavab verməyən konstruksiya səbəbilə qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, araşdırma nəticəsində batiskafın karbon lifindən hazırlanmış gövdəsində çatlar və struktur zəifliyi aşkar edilib. Aparatın kifayət qədər sınaqdan keçirilməməsi və mütəxəssislərin xəbərdarlıqlarına məhəl qoyulmaması faciəyə səbəb olub.
2023-cü ilin iyununda baş verən hadisə zamanı "OceanGate"in qurucusu Stokton Raş da daxil olmaqla beş nəfər həyatını itirmişdi.
Asya
Milli.Az