İdman

Fənərbağçada gözlənilən ayrılıq - FOTO

17 Oktyabr 2025 00:36
Baxış: 299
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fənərbağçada uzun müddətdir tənqidlərin hədəfində olan Youssef En-Nesyri ilə bağlı qərar verilib.  Klub rəhbərliyi, qış transfer dönəmində Mərakeşli hücumçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırlaşır.

Keçən mövsüm zaman-zaman komandanın qol yükünü çəksə də, istənilən sabitliyi göstərə bilməyən En-Nesyri bu mövsümdə də eyni vəziyyəti davam etdirib. Hücum xəttinə Jhon Duran transferi edilsə də, onun zədələnməsi səbəbilə gözlər yenidən En-Nesyriyə çevrilmişdi. Lakin ulduz futbolçu nə azarkeşləri, nə də texniki heyəti razı sala bildi.

Fənərbağça rəhbərliyi yeni hücumçu axtarışına başlayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı klubları 28 yaşlı futbolçu ilə maraqlanır və En-Nesyrinin özü də ayrılığa müsbət yanaşır.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.