ATƏT-də mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur
Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib:
"Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.
Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini parafladıq.
Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm".
Ceyhun Bayramovun sözlərinə görə, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub:
"Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.
Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.
Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".
XİN başçısı əlavə edib ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir - Rufiz Hafizoğlu
-
Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib - FOTO
-
İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə kadrlar paylaşılıb - VİDEO
-
UN-HABITAT-ın icraçı direktoru İlham Əliyevə təşəkkür edib
-
İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub - FOTO
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
XƏBƏR LENTİ
-
50 dəqiqə sonra Bakının bir hissəsində İŞIQ KƏSİLƏCƏK - 4 SAATLIQ
-
Atasının məzarı başında evlilik təklifi edibmiş - FOTO
-
Məcburi dayanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
-
"Gənclər bir-birinə zərbə endirir, sonra isə dostlaşırlar" - Tçuameni və Valverde davasından DANIŞDI
-
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
-
Saat 10:00-dan bu ərazilərdə qaz KƏSİLİR
-
Supermarketlərdə səbətlər niyə qırmızı olur? - Görün bunun arxasındakı hiylə nə İMİŞ
-
İctimai nəqliyyatda bunu edənləri 1000 manat CƏRİMƏLƏYƏCƏKLƏR
-
"Nigar Camalı makiyajsız görmək istərdim"
-
Üç itkin şəhidimiz dəfn ediləcək
-
Dərnəgüldən rayonlara birbaşa qatarlar işə DÜŞƏCƏK
-
Çiyələyin günlərlə təzə qalması üçün yanına 1 ədəd qoyun
-
Lökbatandakı yanğınla bağlı son MƏLUMAT
-
Bakıya tramvay qayıdır - 5 istiqamətdə - RƏSMİ
-
29 yaşlı NBA oyunçusu vəfat etdi
-
Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma
-
“Neçə il bağça biznesim olub”
-
“Betis” 21 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında oynayacaq
-
Ərp probleminə son - Bir damlası belə tər-təmiz edir
-
Arıqlama iynələri möcüzədirmi?
-
“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Yersiz danışan 4 bürc: Harada nə danışacağını bilmirlər
-
Toyuqlar niyə uça bilmir?
-
Kamalpaşa şirniyyatı resepti





