Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
Mayın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil, humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə olunan əsas mövzular sırasında yer alıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Tərəflər regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi
-
Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi





