Cəmiyyət

Supermarketlərdə səbətlər niyə qırmızı olur? - Görün bunun arxasındakı hiylə nə İMİŞ

13 May 2026 09:52
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Supermarketlərin girişinin yanında dayanan qırmızı alış-veriş səbətləri illərdir adi bir detal kimi qəbul edilir.

Lakin, bu səbətlərin düzülüşü və rəngi tamamilə şüurlu marketinq strategiyasının bir hissəsidir.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, yığılmış qırmızı səbətlərin müştərilərin alış-veriş davranışlarına birbaşa təsir etdiyi bildirilir.

NİYƏ QIRMIZI?

Supermarketlərdə alış-veriş səbətləri üçün qırmızı rəng seçməyin ən böyük səbəbi onun insan psixologiyasına təsiridir.

Qırmızı diqqəti cəlb edən, enerji verən və hərəkət hissi oyadan bir rəng kimi tanınır. Buna görə də, supermarketlər tez-tezmüştəriləri onlara əl uzatmağa və daha sürətli alış-verişə başlamağa təşviq etmək üçün qırmızı səbətlərdən istifadə edirlər.

Bundan əlavə, qırmızı rəngin iştahanı artırması və alış-veriş etmək istəyini oyandırması marketinq dünyasında tez-tez istifadə edilən üsullardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.