Bank kartı istifadəçilərinin diqqətinə - YENİ QAYDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda kartdan-karta köçürmələrin artması və bəzi əməliyyatların nəzarətə götürülməsi müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bir şəxsin kartına gün ərzində çoxsaylı və müxtəlif məbləğlərdə köçürmələrin daxil olması şübhəli əməliyyat kimi araşdırıla bilər. Bu isə vətəndaşlarda bank əməliyyatlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı suallar yaradıb.
Kartdan-karta köçürmələrin monitorinqə götürülməsi hansı hallarda həyata keçirilir? Bu nəzarət mexanizmi vergidən yayınma və maliyyə cinayətlərinin qarşısını almaqda effektiv sayıla bilərmi?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir hazırkı qanunvericiliyin fərdi məlumatların qorunmasını təmin etdiyini bildirib.
"Lakin şübhəli maliyyə əməliyyatları müəyyən hallarda yoxlamaların aparılmasını zəruri edir. Azərbaycanda kartdan-karta köçürmələrin monitorinqə götürülməsi əsasən maliyyə şəffaflığının təmin olunması, vergidən yayınma hallarının və qanunsuz pul dövriyyəsinin qarşısının alınması məqsədi daşıyır. Mərkəzi Bank və maliyyə nəzarəti qurumları xüsusilə qeyri-adi xarakter daşıyan əməliyyatlara diqqət yetirirlər. Bunlara bir kart hesabına gün ərzində çoxsaylı şəxslərdən ardıcıl köçürmələrin daxil olması, şəxsi kartlardan faktiki kommersiya fəaliyyəti üçün istifadə edilməsi, eyni təyinatlı ödənişlərin sistemli xarakter alması, qısa müddətdə böyük həcmdə vəsaitin daxil olub çıxması, eləcə də tez-tez təkrarlanan müxtəlif məbləğli əməliyyatlar daxildir".
Ekspert qeyd edib ki, bu cür nəzarət mexanizmləri beynəlxalq maliyyə praktikasında da geniş tətbiq olunur:
"Banklar müvafiq qaydalara uyğun olaraq riskli əməliyyatları avtomatlaşdırılmış sistemlər vasitəsilə izləyirlər. Məqsəd vətəndaşların şəxsi köçürmələrinə müdaxilə etmək deyil, qeyri-rəsmi biznes fəaliyyəti, vergidən yayınma, qanunsuz pul dövriyyəsi və digər maliyyə cinayətlərinin aşkarlanmasıdır".
R.Sabir vurğulayıb ki, effektivlik baxımından belə nəzarət mexanizmləri qeyri-rəsmi satış və xidmət gəlirlərinin müəyyənləşdirilməsinə, vergi daxilolmalarının artmasına, dələduzluq və qanunsuz maliyyə əməliyyatlarının izlənməsinə kömək edə bilər:
"Bu, ümumilikdə kölgə iqtisadiyyatının həcminin azalmasına da təsir göstərə bilər".
Bununla yanaşı, ekspert hesab edir ki, nəzarət mexanizmi elə qurulmalıdır ki, əsassız monitorinq hallarına yol verilməsin, vətəndaşların bank sirri və şəxsi məlumat hüquqları qorunsun:
"Adi şəxsi köçürmələrlə kommersiya fəaliyyəti arasında dəqiq fərqləndirmə aparılmalı, nəzarət meyarları aydın və şəffaf şəkildə müəyyən edilməlidir. Fikrimcə, həddindən artıq sərt monitorinq əhalinin bank sisteminə etimadını azalda və nağd dövriyyəyə meyli artıra bilər. Buna görə də nəzarətin sərtləşdirilməsi maliyyə təhlükəsizliyi ilə vətəndaşların gündəlik bank əməliyyatları arasında balans qorunmaqla həyata keçirilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhiyyə Nazirliyindən hantavirusla bağlı AÇIQLAMA
-
Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi
-
Bu şəxslər hərbi xidmətə çağırıldıqda müavinət ala BİLƏCƏK
-
Metro, avtobus və taksi sistemində dəyişiklik - RƏSMİ
-
Bank kartı istifadəçilərinin diqqətinə - YENİ QAYDA
-
Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Nigar Fərhad ilk dəfə qızının FOTOlarını paylaşdı
-
Səhiyyə Nazirliyindən hantavirusla bağlı AÇIQLAMA
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi
-
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri BƏLLİ OLDU
-
Bu şəxslər hərbi xidmətə çağırıldıqda müavinət ala BİLƏCƏK
-
İran bu məsələdə geri addım atmadı
-
ABŞ və Ukrayna hərbi əməkdaşlıqla bağlı memorandum hazırlayıb
-
Məhkəmə qərar verdi - Aynur Camalın Əli Vəliyevlə bağlı şikayəti rədd edildi
-
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO
-
Aparıcı Vüsalə illər sonra barışdığı atası ilə - VİDEO
-
Metro, avtobus və taksi sistemində dəyişiklik - RƏSMİ
-
Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB - VİDEO
-
"Real Madrid" Arda ilə bağlı qərarını VERDİ
-
Bank kartı istifadəçilərinin diqqətinə - YENİ QAYDA
-
“13 dəfə əməliyyat etdirmişəm, tək burnumu 3 dəfə..."
-
Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
-
9-cu sinif şagirdi sinif yoldaşlarını güllələdi - Rusiyada
-
Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI
-
Zaqatalanın unudulan irsi: Çüdüllü Binə məbədi baxımsızlıq içindədir - FOTO
-
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
-
11 ay əvvəl ana olmuşdu, boşandığını açıqladı - FOTO
-
Maşın almaq istəyənlərə PİS XƏBƏR - Bu avtomobillər BAHALAŞDI
-
Azərbaycanlı aktrisa 39 kq arıqlayıb TANINMAZ HALA düşdü - VİDEO





