Cəmiyyət

Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi

12 May 2026 16:02
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Nərimanov rayonunda, Azadlıq prospekti 114 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətə başlayacağı deyilən obyekt ətrafında sakinlərlə sahibkar arasında narazılıq yaranıb.

Milli.Az xəbər verir ki, binada yaşayanların sözlərinə görə, obyektin ön hissəsində əlavə qurğuların yerləşdirilməsi və tikinti işlərinin aparılması onların gündəlik rahatlığına mane olur. Sakinlər xüsusilə avtomobillərin saxlanılması ilə bağlı problemlərin yarandığını bildirirlər. Şikayətçilərdən biri olan Tofiq Qurbanov qeyd edib ki, əraziyə dəmir konstruksiya quraşdırılıb, lakin sakinlərin etirazından sonra həmin hissə sökülüb.

O, həmçinin bildirib ki, sakinlərə maşınlarını park etməyə icazə verilmədiyi halda, obyekt əməkdaşları nəqliyyat vasitələrini yaşıllıq sahəsində saxlayırlar.

Məsələ ilə bağlı obyekt nümayəndələri isə iddialarla razılaşmayıblar. Onların sözlərinə görə, söhbət binanın həyətindən deyil, yol kənarında yerləşən və obyektə aid olan hissədən gedir. Bildirilib ki, burada yalnız kiçik kofe məkanı fəaliyyət göstərəcək və ərazidə restoran və ya gecə klubu açılması planlaşdırılmır.

Həmçinin qeyd edilib ki, yay mövsümündə açıq havada xidmət göstərilməsi üçün bir neçə masa yerləşdirilməsi nəzərdə tutulur və bu, qanunvericiliyə uyğundur. Onların iddiasına görə, ərazi əvvəllər baxımsız və çirkli vəziyyətdə olub, sonradan təmizlənərək abadlaşdırılıb. 

Asya
Milli.Az 

 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.