Zaqatalanın unudulan irsi: Çüdüllü Binə məbədi baxımsızlıq içindədir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaqatala rayonunun dağətəyi hissəsində, meşənin içində yerləşən Çüdüllü Binə məbədi bölgənin qədim tarixini və zəngin Alban irsini yaşadan maraqlı abidələrdən hesab olunur. Eyniadlı kənd ərazisində yerləşən bu qədim tikili əsrlərin sınağından keçərək bu günə qədər gəlib çatsa da, hazırda yarıuçuq və baxımsız vəziyyətdədir.
Milli.Az xəbər verir ki, tarixi mənbələr və yerli sakinlərin söylədiklərinə görə, məbəd qədim Qafqaz Albaniyası dövrünün dini-mədəni izlərini daşıyır. Qırmızı kərpic memarlıq elemeni ilə seçilən tikili uzun illər ərzində təbiət hadisələrinin, laqeydliyin və insan müdaxilələrinin təsiri altında ciddi zədələnib.
Məbədin divarlarında müxtəlif dövrlərdə xəzinə axtaran şəxslər tərəfindən açılmış oyuqlar bu tarixi abidəyə vurulan ziyanın miqyasını açıq şəkildə göstərir. Vaxtilə müqəddəs məkan olan tikili bu gün demək olar ki, yalnız tavan hissəsində məskunlaşan yarasaların sığınacağına çevrilib.
Ən acınacaqlı məqamlardan biri isə abidə ilə bağlı məlumat lövhəsinin belə yararsız vəziyyətə düşməsidir. Üzərində "Kilsə qalıqları, orta əsrlər inventarı, dövlət tərəfindən qorunur" sözləri yazılmış lövhə həm fiziki, həm də estetik baxımdan istifadəyə yararsız hala gəlib. Bu isə dövlət qeydiyyatında olan tarixi abidəyə diqqətin yetərli səviyyədə olmadığını göstərir.
Əslində problem təkcə Çüdüllü Binə məbədi ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif regionlarında, xüsusilə dağ kəndlərində yerləşən çoxsaylı Alban məbədləri və qədim kilsələr illərdir baxımsız vəziyyətdə qalır. Yol infrastrukturu, maliyyə çatışmazlığı, mühafizə sisteminin zəifliyi və bəzi abidələrin turizm marşrutlarından kənarda qalması onların sürətlə dağılmasına səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, bu cür abidələrin qorunması yalnız tarixi irsin qorunub saxlanılması deyil, həm də bölgə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki belə məkanlar həm yerli, həm də xarici turistlər üçün böyük maraq doğura bilər.
Hazırda məbədin təcili konservasiya və restavrasiya işlərinə ehtiyacı var. Əks halda yaxın illərdə tikilinin bəzi hissələrinin tamamilə dağılması riski artır. Aidiyyəti qurumların - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və digər məsul strukturların operativ addımlar ataraq bu tarixi irsin qorunması istiqamətində tədbirlər görməsi vacibdir. Əks halda bu abidə tamamilə məhv olaraq tarixin yaddaşına köçəcək.
Elnur Ağayev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi
-
Bu şəxslər hərbi xidmətə çağırıldıqda müavinət ala BİLƏCƏK
-
Metro, avtobus və taksi sistemində dəyişiklik - RƏSMİ
-
Bank kartı istifadəçilərinin diqqətinə - YENİ QAYDA
-
Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
-
Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI
XƏBƏR LENTİ
-
Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi
-
Bu şəxslər hərbi xidmətə çağırıldıqda müavinət ala BİLƏCƏK
-
İran bu məsələdə geri addım atmadı
-
ABŞ və Ukrayna hərbi əməkdaşlıqla bağlı memorandum hazırlayıb
-
Məhkəmə qərar verdi - Aynur Camalın Əli Vəliyevlə bağlı şikayəti rədd edildi
-
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO
-
Aparıcı Vüsalə illər sonra barışdığı atası ilə - VİDEO
-
Metro, avtobus və taksi sistemində dəyişiklik - RƏSMİ
-
Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB - VİDEO
-
"Real Madrid" Arda ilə bağlı qərarını VERDİ
-
Bank kartı istifadəçilərinin diqqətinə - YENİ QAYDA
-
“13 dəfə əməliyyat etdirmişəm, tək burnumu 3 dəfə..."
-
Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
-
9-cu sinif şagirdi sinif yoldaşlarını güllələdi - Rusiyada
-
Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI
-
Zaqatalanın unudulan irsi: Çüdüllü Binə məbədi baxımsızlıq içindədir - FOTO
-
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
-
11 ay əvvəl ana olmuşdu, boşandığını açıqladı - FOTO
-
Maşın almaq istəyənlərə PİS XƏBƏR - Bu avtomobillər BAHALAŞDI
-
Azərbaycanlı aktrisa 39 kq arıqlayıb TANINMAZ HALA düşdü - VİDEO
-
Tarixdə ən çox satılan mobil telefon açıqlanıb
-
Dembeleyə mübahisəli mükafat
-
"La casa de papel" izləyicilərinə şad XƏBƏR
-
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi





