Mədəniyyət

Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO

12 May 2026 16:07
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə yüksək peşəkarlıqla çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqram dinləyicilərə təqdim etdi. Proqramda səslənən əsərlər milli musiqimizin zənginliyini, xalqımızın qüdrətini, vətən sevgisini və mənəvi gücünü dolğun şəkildə tərənnüm edirdi.

Konsert Oqtay Zülfüqarovun "Şənlən, mənim xalqım!" əsəri ilə başlanaraq salonda yüksək ruh və qürur hissi yaratdı. Daha sonra Qara Qarayev "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" və "Vals", Arif Məlikov "Məhəbbət əfsanəsi" baletindən fraqmentlər, Soltan Hacıbəyov "Karvan" simfonik lövhəsi və Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" əsəri səsləndirildi.Milli ruhla zəngin olan bu əsərlər dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı.

Ulu Öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə və milli musiqimizin inkişafına göstərdiyi misilsiz qayğı konsert boyu səslənən hər bir əsərdə öz əksini tapdı.Bu əlamətdar gün dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz ehtiramın, Azərbaycan dövlətçiliyinə və milli-mənəvi dəyərlərimizə sədaqətin bədii ifadəsinə çevrildi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.