Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Şəhərsalma Forumunun iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb.
Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olarkən bildirilib.
Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.
"Urban Expo zonası" isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.
Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.
Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.
Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Alimlərdən XƏBƏRDARLIQ: Virusun mənbəyi fərqlidir
-
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
-
Komendant bunları sizə qadağan edə BİLMƏZ
-
15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO
-
Nigar Fərhad ilk dəfə qızının FOTOlarını paylaşdı
-
Səhiyyə Nazirliyindən hantavirusla bağlı AÇIQLAMA
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Bakıda yaşıllıq sahəsi avtomobil dayanacağına çevrildi
-
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri BƏLLİ OLDU
-
Bu şəxslər hərbi xidmətə çağırıldıqda müavinət ala BİLƏCƏK





