Komendant bunları sizə qadağan edə BİLMƏZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxmərtəbəli bina evində yaşamaq sadəcə mənzil sahibi olmaq demək deyil, həm də müəyyən qaydalarla yaşamaqdır. Bəzi binalarda bu qaydalar sadəcə daxili təhlükəsizlik və nizam-intizam adı ilə izah olunur, digərlərində isə bina sakinləri onları sərt məhdudiyyət hesab edir.
Gec saatlarda qonaq qəbuluna qadağa, müəyyən saatlardan sonra mənzillərdə daxili təmir işlərinin məhdudlaşdırılması, yaxud giriş-çıxış saatlarının müəyyən edilməsi kimi tətbiqlər isə bir sualı aktuallaşdırır: Bina idarəçilərinin qoyduğu bu qaydalar həqiqətən qanunauyğun gəlirmi, yoxsa sadəcə daxili idarəetmə və nizam-intizam funksiyası daşıyır?
İlk olaraq, bina komendantı necə təyin olunmalıdır?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, bina sakinləri bu vəzifəni özləri də icra edə bilərlər:
"Bina sakinləri tərəfindən binanı idarə edən şəxslər ümumi yığıncağın protokolu əsasında təyin edilməyibsə, həmin şəxslərin fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmayıb. Sakinlər özləri rahat şəkildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etməklə həmin xidmətləri özləri də icra edə bilərlər.
Birinci növbədə MTK (Mənzil Tikinti Kooperativi) və ya binanı idarə edən şirkətlərlə sakinlər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmalıdır. Bu müqavilədə ödənilməli olan məbləğin ödənilməməsinə görə hər hansı xidmətlərdən istifadənin qadağan olunmasını nəzərdə tutan müddəalar varsa, o tətbiq oluna bilər. Ancaq elə müddəalar yoxdursa, komendatın hər hansı bir bu qəbildən olan qadağaları və məhdudiyyətləri tətbiq etməsi yolverilməzdir".
Bəs, daxili nizamı qorumaq adı ilə binaya giriş saatının məhdudlaşdırılması və gec saatlarda qonaq qəbulunun qadağan edilməsinin qanuni əsası varmı?
R. Süleymanov hesab edir ki, bu müdaxilələr əsassızdır:
"Qətiyyən belə bir şey yol verilməzdir. Bu ümumi istifadədə olan binadır və sakinlərin ümumi istifadə etdiyi mülkiyyətdir. Nəticə etibarilə mənzilin toxunulmazlıq hüququ təsir altına düşür. Bu mənzildən məhdudiyyətsiz istifadəyə yönəlmiş müdaxilə kimi qiymətləndirilə bilər".
Hüquqşünas son olaraq mənzildə daxili təmir işlərinə və səs-küy yaradılmasına müdaxilənin qanunla tənzimləndiyini xatırladıb:
"Bu məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən tənzimlənir. Mənzillərdə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması, o cümlədən məişət səs-küyünü başqa üsullarla həyata keçirmək kimi qeyd olunur.
Eyni zamanda təmir işlərinin aparılması, təmirə görə səs-küyün salınması da bura daxildir və saat 00:00-dan 07:00-a qədər qadağan olunur. Buna görə fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər məbləğdə inzibati qaydada cərimə oluna bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər - Araşdırma
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
-
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərilib - (Yenilənib)
-
Restoran admistratoru xanım blogeri təhqir etdi - VİDEO
-
Sabahın hava proqnozu açıqlandı
-
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
XƏBƏR LENTİ
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı
-
“Baku Bus” Gəncədə qəzaya düşdü (Foto)
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Trampla Paşinyan arasında telefon danışığı olub
-
Koxalski "Qarabağ"ı Polşa klubuna dəyişir
-
Ən çox turist bu rayona gedib
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
-
İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyənlər tutuldular
-
16 yaşlı qız evində ölü tapıldı
-
Yandırılaraq öldürülən ər-arvadın fotosu
-
İran Hörmüz boğazında yeni keçid marşrutu hazırlayır





