Sağlamlıq

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

13 May 2026 11:00
Baxış: 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.

Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu "şəfqət və həmrəylik nümunəsi" adlandırıb.

ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb: "İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.