Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.
Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.
Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.
Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.
Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.
Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.
Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.
Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.
Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.
Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu./AZƏRTAC
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Azərbaycan parlament nümayəndə heyəti Kiyevə səfər edəcək
-
Arif Heydərov - Ömrün 7 anı...
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
XƏBƏR LENTİ
-
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini dörd medalla başa vurublar
-
Rusiya ordusu irəliləyir, 8-9 km qalıb - Putin
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Əhvalım çox pisdir - Ofeliya Sənani
-
Türkiyə Montella ilə bağlı qərarını verdi
-
Sabah Nizami rayonunda işıq olmayacaq
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu
-
"8-ci kilometr bazarı"nda satıcılara ərazini tərk etmək tapşırıldı
-
Çində 5,2 bal gücündə zəlzələ baş verib
-
Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
-
Babək rayonunda ağır qəza - üç nəfər xəsarət alıb (Foto)
-
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
-
Tut mürəbbəsi resepti
-
Berlində vəziyyət acınacaqlıdır
-
Venesuelada zəlzələ nəticəsində 60 min bina dağılıb
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş (Foto)
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
-
Tahinin əsas faydaları





