Siyasət

Azərbaycan parlament nümayəndə heyəti Kiyevə səfər edəcək

28 İyun 2026 15:18
Baxış: 466

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.

Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında baş tutacaq.

Səfər proqramı çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.