İdman

Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi

28 İyun 2026 22:14
Baxış: 2 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Cənubi Koreya prezidenti Li Çje Myon millinin DÇ-2026 ilə erkən vidalaşmasından sonra yığma rəhbərliyini sərt tənqid edib.

Milli.Az xəbər verir ki, dövlət başçısı "X" hesabında paylaşdığı açıqlamada uğursuzluğun əsas səbəbinin idarəçilik problemləri olduğunu bildirib:

"Nəhayət, hər şeyin təməlində insan amilinin dayandığı bir daha sübut olundu. Qohumbazlıq və qruplaşmalar səriştədən üstün tutularsa, qeyri-peşəkar insanlar rəhbər vəzifələrə təyin edilir və uğursuzluq qaçılmaz olur. Vətəndaşlarımızda böyük məyusluq yaradan dünya çempionatındakı bu uğursuzluq təşkilati və idarəçilik səhvlərinin nəticəsidir".

Qeyd edək ki, Cənubi Koreya millisi DÇ-2026-nın A qrupunda 3 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıb. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.