Hadisə

Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş

29 İyun 2026 19:30
Baxış: 2 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədidə 24 yaşlı Vəli Süleymanov elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır.

Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib. Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun kürək nahiyəsinə dəyib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

XXX
Saat 10.27

Ağcabədi rayonunda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində aparılan təmir-bərpa işləri zamanı qeydə alınıb. "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.