Maraqlı

Ağcaqanadların sonu gəlir – Lazer silahı hazırlandı - (Foto)

21 Avqust 2026 04:04
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcaqanadlarla mübarizədə tamamilə yeni texnologiya hazırlanıb. Yeni sistem həşəratları havada aşkarlayaraq lazer şüası ilə məhv edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Çin alimlərinin hazırladığı sistem radar vasitəsilə havada uçan ağcaqanadları müəyyənləşdirir, onların yerini dəqiqləşdirir və lazer şüasını birbaşa hədəfə yönəldir.

Yeni texnologiya müəyyən ərazinin ağcaqanadlardan operativ şəkildə təmizlənməsinə imkan verir. Sistemin mühüm üstünlüklərindən biri ağcaqanadların məhv edilməsi zamanı kimyəvi vasitələrdən istifadə olunmamasıdır.

Bildirilir ki, texnologiya gələcəkdə ağcaqanadlara qarşı geniş istifadə edilən ənənəvi insektisidlərə alternativ ola bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.