Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astrologiya və numerologiyada insanın doğulduğu ayın onun xarakterinə, enerjisinə və imkanlardan istifadə tərzinə təsir etdiyi iddia olunur. Bu yanaşmaya görə, hər ay üçün maddi rifaha və yeni fürsətlərə aparan fərqli yol mövcuddur.
Milli.Az bu barədə xarici mediaya istinadla ətraflı məlumat verir.
Yanvar
Yanvarda doğulan oğlaq və dolçalar üçün əsas üstünlük səbir və zamandır. Böyük qazancın arxasınca qaçmaq əvəzinə, tədricən pul toplamaq, plan qurmaq və uzunmüddətli məqsədlərə fokuslanmaq daha uyğun hesab olunur. Kiçik, lakin davamlı addımlar zamanla ciddi nəticə verə bilər.
Fevral
Fevralda doğulan dolça və balıqlar üçün xəyal gücü və gələcəyi təsəvvür etmək ön plana çıxır. Arzuladığınız həyat tərzini göz önünə gətirmək motivasiyanı artıra və əvvəllər diqqətdən qaçan fürsətləri görməyə kömək edə bilər. Burada əsas məqam yalnız xəyal etmək deyil, məqsədə doğru real addımlar atmaqdır.
Mart
Martda doğulan balıq və qoçlar üçün əsas açar hərəkətdir. Böyük ideyalarınız və arzularınız ola bilər, lakin onların gerçəkləşməsi üçün konkret addımlar lazımdır. Ardıcıllıq və təşəbbüskarlıq sizi gözlədiyinizdən daha yaxşı nəticələrə apara bilər.
Aprel
Apreldə doğulan qoç və buğalar üçün sakitlik və özünəinam vacib hesab olunur. Hər şeyi dərhal əldə etməyə çalışmaq əvəzinə, imkanları doğru zamanda dəyərləndirmək tövsiyə edilir. Təbiətdə vaxt keçirmək və məqsədlərinizi dəqiq müəyyənləşdirmək də motivasiyanızı gücləndirə bilər.
May
Mayda doğulan buğa və əkizlər üçün sözün gücü ön plana çıxır. Nə istədiyinizi aydın ifadə etmək, daim çatışmazlıqlardan danışmaq əvəzinə məqsədlərinizə fokuslanmaq daha faydalı ola bilər. Bu yanaşma həm maliyyə, həm də şəxsi münasibətlərdə prioritetləri müəyyənləşdirməyə kömək edir.
İyun
İyunda doğulan əkizlər və xərçənglər üçün yenilənmə və emosional tarazlıq əsas sayılır. Müəyyən dövrlərdə məqsədləri yenidən nəzərdən keçirmək, artıq fayda verməyən vərdişlərdən imtina etmək və yeni planlar qurmaq uğura gedən yolu asanlaşdıra bilər.
İyul
İyulda doğulan xərçəng və şirlər üçün emosiyalar və yaradıcılıq güclü motivasiya mənbəyidir. Yalnız pul qazanmaq məqsədilə deyil, həqiqətən maraq göstərdiyiniz və özünüzü ifadə edə bildiyiniz işlərlə məşğul olmaq daha məhsuldar nəticələr verə bilər.
Avqust
Avqustda doğulan şir və qızlar üçün liderlik və təşəbbüs əsas rol oynayır. Öz qabiliyyətlərinizə şübhə etməmək, məsuliyyətdən çəkinməmək və xüsusilə peşəkar sahədə daha fəal mövqe tutmaq yeni imkanların açılmasına səbəb ola bilər.
Sentyabr
Sentyabrda doğulan qız və tərəzilər üçün bilik ən böyük sərvət hesab olunur. Yeni bacarıqlar öyrənmək, peşəkar inkişaf, təhsil və dünyagörüşünü genişləndirmək əlavə gəlir mənbələrinin ortaya çıxmasına kömək edə bilər.
Oktyabr
Oktyabrda doğulan tərəzi və əqrəblər üçün tarazlıq vacibdir. Hər məqsədin arxasınca sonadək qaçmaq əvəzinə, bəzən dayanıb vəziyyəti qiymətləndirmək daha faydalı ola bilər. Sizə uyğun olmayan məqsəddən imtina etmək daha yaxşı fürsətlər üçün yer aça bilər.
Noyabr
Noyabrda doğulan əqrəb və oxatanlara minnətdarlıq hissini qorumaq tövsiyə edilir. Sahib olduqlarınızı qiymətləndirmək müsbət düşüncə tərzini gücləndirə və yeni imkanları daha asan görməyə kömək edə bilər.
Dekabr
Dekabrda doğulan oxatan və oğlaqlar üçün verdiyin qədər geri alırsan prinsipi ön plana çıxır. Vaxtınızı, biliyinizi və əməyinizi faydalı işlərə sərf etmək uzunmüddətli perspektivdə yeni imkanlar yarada bilər. Burada əsas məqsəd vermək və qazanmaq arasında sağlam balans yaratmaqdır./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)
-
Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
-
Bürcünüzün hansı gizli gücü var?
-
"TikTok"da pul göndərmək mümkün olacaq
-
Türk müğəninin 3-cü üçüncü qızı dünyaya gəldi (Foto)
-
“Mançester Yunayted” 65 milyon funt sterlinqə oyunçu aldı
XƏBƏR LENTİ
-
Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)
-
Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
-
Bürcünüzün hansı gizli gücü var?
-
"Qarabağ" "Tvente"ni məğlub edib - (Video) - (Yenilənib)
-
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
-
"TikTok"da pul göndərmək mümkün olacaq
-
Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
-
Türk müğəninin 3-cü üçüncü qızı dünyaya gəldi (Foto)
-
Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
-
“Mançester Yunayted” 65 milyon funt sterlinqə oyunçu aldı
-
Xalq artistinin bloqer qızı yenicə doğulan qızı ilə - (Foto)
-
22 yaşlı fenomen motosiklet qəzasında öldü
-
Gürcüstanda azərbaycanlı merin qardaşı həbs edildi
-
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
-
“Qarabağ” “Tvente”yə qarşı - Start heyətlər
-
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib
-
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
-
Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
-
Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”
-
Avqustun sonu bu bürclərin üzü güləcək
-
44 il sonra evlənəcəklər - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi
-
Şimali Koreyanın 57 nüvə silahına malikdir
-
“Bu kəndlər Ermənistan ərazisi deyil”





