Android telefonu oğurlananda bu funksiyaları aktiv edin: Özü kilidlənəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Google" son illərdə Android smartfonlarının oğurluqdan qorunması imkanlarını xeyli genişləndirib. Yeni təhlükəsizlik funksiyaları süni intellekt və cihazdakı sensorlardan istifadə edərək oğurluq cəhdini müəyyənləşdirə və telefonu avtomatik kilidləyə bilir.
Milli.Az lent.az-a istinadən bildirir ki, əvvəllər Android istifadəçilərinə əsasən güclü PIN-kod seçmək, geolokasiyanı aktiv saxlamaq və ekran kilidindən istifadə etmək tövsiyə olunurdusa, indi sistem şübhəli hərəkətlərə özü reaksiya verə bilir.
Məsələn, "Theft Detection Lock" - "Oğurluğun aşkarlanması zamanı kilidləmə" funksiyası telefonun qəfil və qeyri-adi şəkildə sahibinin əlindən alınmasını müəyyən edə bilir. Sistem oğurluq ehtimalını aşkar etdikdə ekran dərhal kilidlənir.
Digər faydalı imkan "Offline Device Lock" - "İnternetsiz cihaz kilidi" funksiyasıdır. Oğru telefonu internetdən ayırmağa, mobil məlumatları və ya Wi-Fi-ı söndürməyə, yaxud uçuş rejimini aktivləşdirməyə çalışarsa, cihaz müəyyən müddətdən sonra avtomatik kilidlənir. Bunun üçün telefonun həmin anda internet bağlantısına ehtiyacı yoxdur.
"Google" sistemin adi istifadə davranışını da nəzərə aldığını bildirir. Bununla telefonun səhvən kilidlənməsi hallarının minimuma endirilməsi nəzərdə tutulur.
Bu funksiyalar Android 10 və daha yeni əməliyyat sistemi ilə işləyən bir çox smartfonda "Google Play Services" vasitəsilə əlçatan olur. Lakin menyudakı yerləşmə telefon istehsalçısından asılı olaraq fərqlənə bilər.
"Samsung Galaxy" cihazlarında adətən "Parametrlər" -- "Təhlükəsizlik və məxfilik" -- "İtirilmiş cihazların qorunması" -- "Oğurluqdan qorunma" bölməsinə daxil olmaq lazımdır.
"Google Pixel" smartfonlarında isə funksiya "Parametrlər" -- "Təhlükəsizlik və məxfilik" -- "Cihazın kiliddən çıxarılması" -- "Oğurluqdan qorunma" bölməsində yerləşə bilər.
İstifadəçilərə ilk növbədə Theft Detection Lock və Offline Device Lock funksiyalarını aktivləşdirmək tövsiyə olunur.
Digər mühüm imkan "Remote Lock", yəni "Uzaqdan kilidləmə" funksiyasıdır. Telefon itdikdə və ya oğurlandıqda istifadəçi başqa cihaz vasitəsilə telefonunu uzaqdan kilidləyə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün bu imkanların effektiv işləməsi üçün smartfonda etibarlı ekran kilidi olmalıdır. Sadə və asan təxmin edilən şifrələr əvəzinə mürəkkəb PIN-kod, parol və biometrik identifikasiyadan istifadə etmək məsləhətdir.
Bəzi yeni Android və "Pixel" cihazlarında "Identity Check" funksiyası da təhlükəsizliyi gücləndirir. İstifadəçi ev və ya iş yeri kimi tanınmış məkanlardan uzaqda olduqda sistem həssas əməliyyatlar zamanı yenidən biometrik təsdiq tələb edə bilər.
Beləliklə, telefonun oğurluqdan maksimum qorunması üçün "Theft Detection Lock", "Offline Device Lock" və "Remote Lock" funksiyalarının eyni vaxtda aktivləşdirilməsi tövsiyə edilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"WhatsApp”a iki yeni funksiya gəlir
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
XƏBƏR LENTİ
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev





