Dünya

Tehran: ABŞ ilə bu həftə texniki görüş keçirilməyəcək

29 İyun 2026 14:32
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran və ABŞ arasında texniki danışıqların bu həftə keçiriləcəyi ilə bağlı yayılan məlumatlar təkzib edilib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işçi qruplarının texniki iclaslarının bu həftə keçirilməsi nəzərdə tutulmayıb.

Nazir müavini bildirib ki, qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinin izlənilməsi də daxil olmaqla, Qətərlə məsləhətləşmələr davam edir.

Qəribabadi qeyd edib ki, ilk texniki görüşlər yalnız bunun üçün zəruri şərait formalaşdıqdan, tarix və məkan razılaşdırıldıqdan sonra baş tutacaq. O əlavə edib ki, bu istiqamətdə məsləhətləşmələr vasitəçi ölkələrin iştirakı ilə davam etdirilir.

Xatırladaq ki, "Reuters" daha əvvəl İslamabad memorandumunun bütün bəndləri üzrə texniki danışıqların çərşənbə axşamı Qətərin paytaxtı Dohada keçiriləcəyini iddia etmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.