Cəmiyyət

Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

29 İyun 2026 14:59
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediliblər.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb.

Qanun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sənədə əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.