Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsində formalaşan istilik qübbəsinin təsiridir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, bu qübbə Günəşdən gələn istiliyin geri qayıtmasını çətinləşdirir və temperaturun yüksək səviyyədə saxlanmasına şərait yaradır:
"Son məlumata görə, xeyli insan bu istilərdən zərər çəkib. Çünki Avropada bu cür istilər son 40-50 ildə müşahidə olunmayıb.
Bildiyimiz kimi, yanacaq ehtiyatlarının istifadəsi nəticəsində karbon dioksid və digər emissiya qazları atmosferdə toplanaraq istixana effekti yaradır. Bu da istiləşmənin əsas səbəblərindən biridir. Nəticədə buzlaqların əriməsi baş verir və Yer kürəsinin orta temperaturu təxminən 1,5 dərəcə artıb. Bu, BMT-nin iqlim dəyişmələri üzrə hesabatlarında da qeyd olunub və artımın 2 dərəcəyə yaxınlaşdığı bildirilir. Bu proses də yanacaq istifadəsinin artması ilə bağlıdır".
Ekoloq hesab edir ki, bunun Azərbaycana da təsirləri var:
"Həmin isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.
Burada Afrika üzərindən hərəkət edən siklonlar həm Avropaya, həm də Cənubi Qafqaza istiqamətlənərək Türkiyə və Aralıq dənizi üzərindən bölgədə temperaturun yüksəlməsinə təsir göstərəcək. Bütün bunlar Xəzər dənizinin səth sularının qızmasına və buxarlanmanın artmasına səbəb olacaq. Bu da öz növbəsində havanın temperaturunun daha da yüksəlməsinə təsir göstərəcək".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
XƏBƏR LENTİ
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik





