Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının "qurban" kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sərt mövqe nümayiş etdirib.
Milli.Az xəbər verir ki, Azərbaycan QHT-lərinin, şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının, mina terroru qurbanlarının, keçmiş məcburi köçkünlərin yaydıqları Açıq Məktubda Ruben Vardanyanın və digərlərinin törətdikləri ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib. Qeyd olunub ki, onların adı ilə süni şəkildə qurulan kampaniyalar bu cinayətlərin real qurbanlarının - onilliklər boyu münaqişə, işğal, etnik təmizləmə, terror və mina təhlükəsindən birbaşa zərər çəkmiş minlərlə azərbaycanlının haqlı səsini boğmaq və kölgədə qoymaq məqsədi daşıyır.
Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampa ünvanlanmış Açıq Məktub, ABŞ Konqresində irəli sürülmüş birtərəfli təşəbbüslərlə bağlı kəskin etiraz müraciətləri, həmçinin Lemkin İnstitutu, Böyük Britaniya parlamentinin üzvləri (https://www.azernews.az/nation/254843.html) və digər beynəlxalq təsisatlara göndərilən bəyanatlar xatırladılır. Müraciət müəllifləri xüsusi olaraq bəyan edirlər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir.
Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir.
Məktubda bildirilir ki, 2025-ci ilin avqustunda Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması regionda fundamental və yeni inkişaf mərhələsinin əsasını qoyub. Bununla yanaşı, qətiyyətlə vurğulanır ki, Cənubi Qafqazda davamlı sülh yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verilməsi, cinayətkarların qanun qarşısında məsuliyyətə cəlb edilməsi və qurbanların tapdanmış hüquqlarının tam bərpası əsasında mümkündür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir kliklə "WhatsApp"nı ələ keçirdilər - Vətəndaşın adından yaxınlarından pul istədilər
-
Bakıda kişi həyat yoldaşını döydü - 1500 manat cərimələndi
-
“Çukur”un aktyoru vəfat etdi
-
Ağdamda pilləkəndən yıxılan kişi öldü
-
Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb
-
Sosial şəbəkələrlə bağlı yeni cərimələr təsdiqləndi
XƏBƏR LENTİ
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir





