Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gülməmməd Xanəhməd oğlu Bayramovun 10 aprel 1996-cı il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.
Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)





