Siyasət

Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

30 İyun 2026 16:20
Baxış: 411

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Esvatini Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.