"İnter" 4 məşhur futbolçusunu göndərdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın "İnter" klubu heyətində ciddi dəyişikliklərə gedib. Milan təmsilçisi eyni vaxtda bir neçə təcrübəli futbolçunun komandadan ayrıldığını rəsmən açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, müqavilə müddəti başa çatan müdafiəçilər Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian artıq "İnter"in formasını geyinməyəcəklər.
34 yaşlı Stefan de Vrey 2018-ci ildən, 36 yaşlı Matteo Darmian isə 2021-ci ildən Milan klubunun uğurları üçün mübarizə aparırdı. Françesko Açerbi isə 2023-cü ildən komandanın heyətində çıxış edirdi.
Bununla yanaşı, müqaviləsinin müddəti başa çatan 37 yaşlı qapıçı Yann Sommerin də "İnter"dən ayrıldığı rəsmən təsdiqlənib.
İsveçrəli qolkiper üç mövsüm ərzində "İnter"in əsas qapıçılarından biri olub. O, bu müddətdə bütün turnirlərdə 139 oyunda meydana çıxıb, 120 top buraxıb və 66 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.
Yann Sommer 2023-cü ilin avqustunda "İnter"lə müqavilə imzalamışdı. Təcrübəli qolkiper Milan klubunun heyətində iki dəfə A Seriyasının, həmçinin İtaliya Kuboku və ölkə Superkubokunun qalibi olub.
Qeyd edək ki, Yann Sommer karyerası ərzində "Bazel", "Qrasshopper", "Borussiya Münhenqladbax" və "Bavariya" kimi klubların da formasını geyinib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





