Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siqaret çəkilməsi ilə bağlı tətbiq olunan qaydalar bəzi hallarda vətəndaşlar arasında suallar yaradır. Ən çox maraq doğuran məqamlardan biri isə hansı məkanlarda tütün məmulatlarından istifadənin qadağan olunmasıdır.
Milli.Az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda siqaret çəkilməsinin yolverilməz olduğu yerlər dəqiq şəkildə müəyyən edilib. Məqsəd həm insanların sağlamlığını qorumaq, həm də tütün tüstüsünün ətraf mühitə mənfi təsirini minimuma endirməkdir.
Qanuna görə, təhsil və məktəbəqədər təhsil müəssisələrində, xəstəxanalarda və reabilitasiya mərkəzlərində, idman və digər kütləvi tədbirlərin keçirildiyi obyektlərdə, restoran, kafe və barlar da daxil olmaqla ictimai iaşə məkanlarında, ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, hotellərdə və digər yerləşdirmə vasitələrində siqaret çəkmək qadağandır.
Bundan əlavə, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər, sərgi salonları və digər mədəniyyət ocaqları, uşaq meydançaları, yeraltı və qapalı piyada keçidləri də tütün istifadəsinə icazə verilməyən məkanlar sırasındadır.
Qadağa ictimai nəqliyyata da şamil edilir. Belə ki, şəhərdaxili və şəhərlərarası avtobuslarda, taksilərdə, metro stansiyalarında və vaqonlarda, hava, dəmir yolu və su nəqliyyatında siqaret çəkmək qanunla qadağandır. Eyni zamanda hava limanları, dəmir yolu vağzalları, avtovağzallar, avtobus dayanacaqları, liftlər, çoxmənzilli yaşayış binalarının ümumi istifadə sahələri, yanacaqdoldurma məntəqələri, tezalışan maddələrin saxlanıldığı obyektlər və bütün iş yerlərində də bu məhdudiyyət qüvvədədir.
Qanun müəssisə və təşkilat rəhbərlərinə də öhdəlik qoyur. Belə ki, qadağanın tətbiq olunduğu ərazilərdə hər kəsin rahat görə biləcəyi yerdə "Tütün çəkmək qadağandır" yazısı və ya müvafiq xəbərdaredici nişan yerləşdirilməlidir.
Bununla yanaşı, qanun bəzi obyektlərdə xüsusi siqaret çəkmə zonalarının yaradılmasına da imkan verir. Bu zonalar açıq havada və ya güclü havalandırma sistemi ilə təchiz olunmalı, sanitar-gigiyenik normalara və aidiyyəti qurumun müəyyən etdiyi tələblərə uyğun olmalıdır.
Qeyd edək ki, qanunla siqaret çəkilməsi qadağan olunan yerlərdə bu qaydanı pozan şəxslər üçün 30 manat məbləğində inzibati cərimə nəzərdə tutulub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





