II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
II Opera Günləri layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İlham Nəzərovun solo konserti uğurla baş tutdu.
Müxtəlif dövrləri və musiqi üslublarını əhatə edən konsert proqramında dünya və Azərbaycan klassik musiqisinin seçilmiş inciləri səsləndirildi. Zəngin repertuar, yüksək peşəkarlıq və fərqli interpretasiya ilə seçilən gecə musiqisevərlərə unudulmaz sənət bayramı yaşatdı.
Gecəni giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə açıq elan etdi. O, çıxışında Əməkdar artist İlham Nəzərovun zəngin yaradıcılıq yolu və sənət nailiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat verdi, sənətçini konsert münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı.
Özünəməxsus səs tembri, geniş vokal imkanları və yüksək ifaçılıq məharəti ilə tanınan İlham Nəzərov hər bir əsəri böyük ustalıqla təqdim edərək tamaşaçıların rəğbətini qazandı. Onun emosional və təsirli ifası konsert boyu zalda xüsusi sənət atmosferi yaratdı və alqışlarla qarşılandı.
Gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova da çıxış edərək konsert proqramına xüsusi rəng qatdı. İlham Nəzərov və Fəridə Məmmədovanın təqdim etdikləri duetlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və gecənin ən yaddaqalan məqamlarından biri oldu.
Konsertdə solistləri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət etdi.
II Opera Günləri çərçivəsində keçirilən bu konsert bir daha göstərdi ki, klassik musiqi irsi peşəkar ifaçılıq ənənələri ilə vəhdət təşkil edərək dinləyicilərə yüksək estetik zövq bəxş edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sənətçilərinin təqdim etdiyi bu möhtəşəm musiqi axşamı layihənin ən yaddaqalan tədbirlərindən biri kimi yaddaşlara həkk olundu.
Qeyd edək ki, II Opera Günləri layihəsinin bağlanış mərasimi 30 iyun tarixində Cüzeppe Verdinin "Otello" operasının premyerası ilə baş tutacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib (Foto)
-
“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib - (Foto)
-
“Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
-
Bakıda 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq
-
"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)
-
Bakıda bazarda modellərin açıq-saçıq fotosessiyası müzakirə yaratdı - (Video)
-
Yeni peşə təhsili ixtisasları yaradıldı - Baş nazirdən qərar





