Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb.
Bəyanatda deyilir:
"Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində ən geniş xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanun layihəsinin qəbul olunması Korsika xalqının tarixində mühüm mərhələdir. Qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya ən geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur və bu baxımdan Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.
Biz, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu olaraq, Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayırıq. Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir.
Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək.
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləyəcək,
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Korsika xalqının öz tarixi, milli və mədəni kimliyini qorumaqla ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə telefonla danışıb
-
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
XƏBƏR LENTİ
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
-
Bakıda 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq





