“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "1xBet" platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək "1xBet" saytı üzərindən "BakuCash" profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən "Telegram" tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin "1 milyon" manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar insanların maddi ziyana məruz qalmasına, və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara "1xBet" və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi





