Dünya

Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub

30 İyun 2026 17:53
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edəcək.

Milli.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, cəmiyyət mərasimlə bağlı xüsusi bəyanat yayıb.

Açıqlamaya əsasən, dəfn mərasiminə gələcək şəxslər 10-dan çox əvvəlcədən müəyyən edilmiş əyalətdə yerləşdiriləcək.

Məlumata görə, iştirakçıların yerləşdirilməsi üçün 2 milyondan çox müvəqqəti yer nəzərdə tutulub.

Qeyd olunub ki, müşayiətçilərin 37 mini humanitar və könüllü, 30 mini isə hərbi qulluqçulardan ibarət olacaq. Həmçinin İranın Qum, Xorasan-Rəzəvi əyalətlərində və İraqda Qızıl Ayparanın mərasimin işıqlandırılması qaydası barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.