Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
Bakı Apellyasiya Məhkəməsində iyunun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Milli.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən şəxslər Madat Babayan və David Babayanın hər birinin hüquqlarını qoruyan iki vəkilindən birinin səhhətlərində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədikləri qeyd olunub. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq onlara dövlət hesabına yeni müdafiəçilərin təyin edildiyi proses iştirakçılarının diqqətinə çatdırılıb.
Ardınca yeni təyin olunmuş müdafiəçilər məhkəmə prosesi iştirakçılarına təqdim olunub. Təqsirləndirilən şəxslər müdafiəçilərinə iştirakına etiraz etmədiklərini bildiriblər.
Bundan sonra məhkəmə çıxışları davam etdirilib.
Daha sonra təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək məhkəmə iclaslarının protokolları ilə tanış olduqdan sonra hazırladığı qeydləri təqdim etmək istədiyini bildirib.
Məhkəmə kollegiyasının sədri iclas protokolları ilə tanış olmağın onun prosessual hüququ olduğunu qeyd edib.
Davit İşxanyana izah olunub ki, protokollara dair qeydləri Azərbaycan dilində təqdim edilmədiyi üçün onların tərcümə olunduqdan sonra məhkəməyə təqdim edilməsi zəruridir. Bildirilib ki, qeydlər şifahi deyil, yazılı formada və Azərbaycan dilində təqdim olunmalıdır.
Qeydlər tərcümə olunduqdan sonra məhkəmə prosesində çəkişmə zamanı bərabərliyin təmini üçün ittiham tərəfinə də təqdim edilməlidir.
Davit İşxanyan qeydlərinin tərcüməçiyə təqdim olunmasına şərait yaradılmasını xahiş edib. Məhkəməyə sədrlik edən bunun üçün ona müvafiq imkan yaradılacağını bildirib.
Daha sonra çıxış edən David Babayan yeni təyin olunmuş müdafiəçisi ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.
Məhkəmə iclası müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxışlarla davam etdirilib.
Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi çıxış edərək hüquqlarını qoruduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Davit Allahverdiyan müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətini müdafiə etdiyini və həmin şikayətdə göstərilən dəlillərlə razı olduğunu bildirib.
Sonra Melikset Paşayanın müdafiəçisi çıxış edib. O, təqsirləndirilən şəxs barəsində 2026-cı il 5 fevral tarixli ittiham hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Çıxış edən M.Paşayan müdafiəçisinin səsləndirdiyi mövqeni dəstəklədiyini bildirib. O, özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini qeyd edib.
Sonra təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi çıxış edib. Vəkil çıxışında D.İşxanyan barəsində 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Ardınca təqsirləndirilən şəxslərin müdafiəçiləri ilə konfidensial görüşlərinin təmin edilməsi məqsədilə məhkəmə iclasında fasilə elan olunub.
Fasilədən sonra məhkəmə iclasında çıxışlar davam etdirilib.
Çıxış edən təqsirləndirilən Davit İşxanyan əvvəlcə vəsatət verərək özü tərəfindən hazırlanmış apellyasiya şikayətinin və ərizəsinin dublikat nüsxələrinin cinayət işinin materiallarına əlavə olunmasını məhkəmədən xahiş edib. Ardınca bildirib ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil.
Məhkəmənin növbəti iclası iyulun 3-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə telefonla danışıb
XƏBƏR LENTİ
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək





