İçlikli, doyumlu qarnıyarık poğaça resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yumşaq xəmiri, bol qiyməli içliyi və üzərindəki ərimiş holland pendiri ilə süfrələrə ləzzət qatan bu poğaça həm səhər yeməklərində, həm də çay saatlarında sevərək yeyiləcək özəl reseptlərdən biridir. Klassik poğaçalardan fərqli görünüşü və zəngin tərkibi ilə misafir süfrələrinin bəzəyi olacaq bu ləzzəti hazırlamaq çox asandır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Xəmiri üçün:
1 stəkan ilıq süd, 1 stəkan ilıq su
1 çay stəkanı bitki yağı
1 ədəd yumurta (sarısı üzəri üçün ayrılacaq)
1 paket instant maya
2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz
5 stəkan un
İçliyi üçün:
400 qr orta yağlı dana qiyməsi
1 ədəd böyük baş soğan, 2 ədəd yaşıl bibər
1 ədəd böyük pomidor
1 xörək qaşığı tomat pastası (tomat)
3 xörək qaşığı bitki yağı
Duz, qara istiot, toz qırmızı bibər
Üzəri üçün: 1 yumurta sarısı, 1 stəkan rəndələnmiş kaşar pendiri.
Hazırlanması:
İlıq süd, su, maya və şəkər tozunu dərin bir qaba alıb bir neçə dəqiqə gözləyin. Bitki yağı, yumurta ağı və duzu əlavə edin. Unu kontrollu şəkildə əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğurun. Üzərini örtüb təxminən 1 saat mayalanmaya buraxın.
Tavaya bitki yağını töküb xırda doğranmış soğan və bibərləri bir neçə dəqiqə qovurun. Qiyməni əlavə edib suyu çəkilənə qədər qovurmağa davam edin. Tomat pastası, rəndələnmiş pomidor və ədviyyatları əlavə edib bişirin. Hazır olan harcı soyuması üçün kənara qoyun.
Mayalanan xəmiri 10-12 bərabər kündəyə ayırın. Kündələri oval şəkildə açıb ortasına qiyməli harcdan qoyun. Xəmirin iki kənarını ortada birləşdirib yanlarını bağlayın (ortası açıq qalsın).
Poğaçaların kənarlarına yumurta sarısı çəkin. Açıq qalan orta hissəyə rəndələnmiş kaşar pendiri səpin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada üzəri qızarana qədər təxminən 25-30 dəqiqə bişirin.
İlk istiliyi çıxdıqdan sonra servis edin.
Xəmirdə istifadə olunan süd və suyun ilıq olması mayanın yaxşı aktivləşməsini təmin edir.
İçliyi xəmirə qoymazdan əvvəl mütləq soyudun. İsti harc xəmirin strukturunu poza və poğaçanın yapışqan olmasına səbəb ola bilər.
Şəkil verdikdən sonra poğaçaları sobaya qoymazdan əvvəl 10-15 dəqiqə qabda dincəltmək daha yaxşı qabarmalarına kömək edir.
Yumurta sarısına bir neçə damcı süd əlavə etsəniz, poğaçalarınız daha parlaq görünəcək.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
XƏBƏR LENTİ
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb





