Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sükan arxasında telefondan istifadə həyatınızın ən ağır səhvinə çevrilə bilər.
Milli.Az xəbər verir ki, müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir.
Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladır:
Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.
Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.
Nəzarətin itməsi: Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Unutmayaq ki, heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış yalnız öz təhlükəsizliyimizi deyil, yolda olan hər bir insanın həyatını qorumaq deməkdir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
-
Bakıda 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq
-
"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)
-
Bakıda bazarda modellərin açıq-saçıq fotosessiyası müzakirə yaratdı - (Video)
-
Yeni peşə təhsili ixtisasları yaradıldı - Baş nazirdən qərar





