Hadisə

30 litr yanacağa sevinən qadınların videosu gündəm oldu - (Video)

29 İyun 2026 12:20
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyada yanacaq qıtlığı ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmaqda davam edir.

Paylaşılan kadrlarda iki qadının yanacaqdoldurma məntəqəsində 30 litr benzin əldə etdikdən sonra sevinc anlarını çəkərək paylaşdığı görünür.

Bu görüntülər ölkədə yanacaq çatışmazlığının müəyyən ərazilərdə ciddi hiss olunduğu kimi qiymətləndirilir.

Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin ölkədə benzin qıtlığı və yanacaqdoldurma məntəqələrində yaranan növbələrlə bağlı vəziyyətə münasibət bildirib.

Onun sözlərinə görə, iri neft emalı müəssisələri hazırda tam gücü ilə işləyir və ölkə yanacaq ehtiyatlarından istifadə edir.

Bununla yanaşı, benzin ehtiyatlarının ötən ilin eyni dövrü ilə müqayisədə oxşar səviyyədə olduğu qeyd olunub.

Putin problemlərin hələ tam aradan qalxmadığını, sürücülər və biznes üçün çətinliklərin davam etdiyini bildirib.

Həmçinin dizel yanacağının ixracına məhdudiyyətlərin tətbiqi məsələsinin də gündəmdə olduğu vurğulanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.