Hadisə

İşğaldan azad bölgələrdə 1696 hektardan çox ərazi təmizlənib

29 İyun 2026 11:36
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.06.2026 - 28.06.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə 36 piyada əleyhinə mina, 37 tank əleyhinə mina, 329 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1696,11 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.