Hansı hallarda bəraət hökmü çıxarılır? - Hakimdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.
Milli.Az xəbər verir ki, hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:
- cinayət hadisəsi olmadıqda;
- şəxsin əməlində cinayət tərkibi olmadıqda;
- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.
M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.
Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.
M. Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.
Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.
Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.
Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.
Hakim əlavə edib ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
Səlim Müslümova ağır itki
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
XƏBƏR LENTİ
-
Neymar öz ətirini hazırlayacaq - (Foto)
-
Bazar günü yağış yağacaq
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
18 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən İran vətəndaşları saxlanıldı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
-
Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - (Video)
-
Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı
-
Bakıda çayxanada ata və oğlu bıçaqlandı
-
Zaxarova: “Latviya öz ayağına güllə atacaq”
-
15 yaşlı yeniyetmə bıçaqlandı - Tutulan var
-
Məşhur aktrisa 45 kiloqram arıqladı – Tanınmaz haldadır
-
Bu müəllimlər üçün vacib xəbər
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
İdmançılarımız Ermənistanda 6 medal qazandı
-
Röyanın makiyajsız halı diqqət çəkdi (Foto)
-
Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü
-
Səlim Müslümova ağır itki
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var





