Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
Türk dövlətlərinin liderləri Birinci Türkoloji Qurultayın irsinin əhəmiyyətini vurğulayıblar.
Milli.Az bu barədə Trend-ə istinadən xəbər verir ki, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" münasibətilə Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.
Dövlət başçıları çıxışlarında Türkoloji Qurultayın ortaq dil, tarix və mədəni irsin formalaşmasındakı rolunu xüsusi qeyd edərək, türk dövlətləri arasında birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin məhz Bakıda qeyd olunması rəmzi məna daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu gün də Türk dünyasının inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.
Ərdoğan qeyd edib ki, Qurultayda müzakirə olunan ortaq dil, tarix və mədəniyyət məsələləri yüz il keçməsinə baxmayaraq, aktuallığını qoruyur. Prezident vurğulayıb ki, həmin toplantı Türk dünyasında ortaq kimlik şüurunun formalaşmasına mühüm təsir göstərib və onun irsini yaşatmaq bütün türk xalqlarının ortaq məsuliyyətidir. Türkiyə lideri eyni zamanda, türk dövlətləri arasında həmrəyliyin və dostluğun gücləndirilməsinin əhəmiyyətini də önə çəkib.
Qırğızıstan Prezidenti Sadır Japarov isə müraciətində xatırladıb ki, bir əsr əvvəl Bakıda "dildə, fikirdə və əməldə birlik" ideyası əsasında Türk dünyasının intellektual dirçəlişinin təməli qoyulub. O bildirib ki, mürəkkəb siyasi şəraitə baxmayaraq, Qurultayda türk dilləri, terminologiya, orfoqrafiya və ərəb qrafikasından latın əlifbasına keçidlə bağlı mühüm müzakirələr aparılıb.
Japarovun sözlərinə görə, həmin qərarlar türk xalqlarının dünyaya inteqrasiyasına mühüm töhfə verib. O əlavə edib ki, Birinci Türkoloji Qurultayın irsi bu gün də elmi, mədəni, humanitar və strateji əməkdaşlığın inkişafı baxımından öz aktuallığını saxlayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də müraciətində Azərbaycanın Türk dünyasında xüsusi mövqeyə malik olduğunu qeyd edib. O bildirib ki, Birinci Türkoloji Qurultay bütün türk xalqları üçün mühüm tarixi hadisə olmaqla yanaşı, qardaş ölkələrin sarsılmaz birliyinin rəmzinə çevrilib. Prezident vurğulayıb ki, həmin qurultayda irəli sürülən ideyalar bu gün də öz əhəmiyyətini itirməyib. Tokayevin müraciətini tədbirdə Prezidentin müşaviri Malik Atarbayev səsləndirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə çıxışında Birinci Türkoloji Qurultayı türk xalqlarının elm və mədəniyyət tarixində dönüş nöqtələrindən biri kimi qiymətləndirib. O bildirib ki, bugünkü forum ortaq dəyərlərə verilən ehtiramın ifadəsidir və yüz il əvvəl səsləndirilən fikir və təşəbbüslər müasir dövrdə də örnək olaraq qalır.
Mirziyoyev vurğulayıb ki, əcdadların elm və maarifə əsaslanan irsindən gələcək inkişaf naminə faydalanmaq vacibdir. O, həmçinin əminliyini ifadə edib ki, keçirilən forum türk xalqları arasında əməkdaşlığın və birliyin daha da möhkəmlənməsinə xidmət edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
-
Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
-
XİN İsrail hökumətinin “erməni soyqırımı” ilə bağlı qərarına reaksiya verib
-
Hörmüz boğazı üzrə ABŞ və İran arasında görüş gözlənilir
XƏBƏR LENTİ
-
DYP sürücüləri diqqətli olmağa çağırıb
-
30 litr yanacağa sevinən qadınların videosu gündəm oldu - (Video)
-
İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir
-
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
-
Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - RƏSMİ AÇIQLAMA
-
Sumqayıtda 1000-dən çox abonentin qazı kəsiləcək
-
Sürücülük hüququ olmayan şəxsin narkotik istifadə etdiyi müəyyən olunub
-
Venesuelada zəlzələ qurbanlarının sayı 1450 nəfərə çatıb
-
Bakıda mansard mənzillərlə adi mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
İşğaldan azad bölgələrdə 1696 hektardan çox ərazi təmizlənib
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - Hakimdən açıqlama
-
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - Ağaclarda dərmanlama işləri aparılır
-
Azərbaycanda 63 yaşlı qadın ana oldu - (Video)
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
-
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək
-
Dövlət Xidmətindən məzuniyyət açıqlaması: Günləri bölənlərin pulları necə ödənilir? -
-
"Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi keçirilib - Yenilənib (Foto)
-
Gəncədə şagirdi qətlə yetirən yeniyetməyə 10 il həbs verildi
-
Prezident İlham Əliyev: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
-
Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb





