İdman

“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif

29 İyun 2026 12:00
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

Milli.Az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala "Dinamo"sunun maraq dairəsinə düşüb.

Mövsüm başa çatar-çatmaz "Qarabağ"dan ayrılan Şeydayev azad agentdir. Rusiya klubu hazırda forvardla danışıqlar aparır.

Ramil ötən mövsüm "Qarabağ"ın heyətində 11 oyun keçirib, 2 qol və 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Rusiyanın "Zenit" klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə "Rubin", "Krılya Sovetov" və Moskva "Dinamo"sunun da formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin "Sabah" və "Neftçi"də çıxış edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.