Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə sosial media platformalarında müxtəlif dərman preparatlarının reklamlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə bəzi əczaçıların internet üzərindən konkret dərmanları tövsiyə etməsi insanların həkim müayinəsindən keçmədən həmin vasitələrdən istifadə etməsinə səbəb ola bilir.
Bəs bu nə dərəcədə düzgündür?
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, həkim nəzarəti olmadan dərman qəbul etmək sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Belə hallarda mədə qanaxması, böyrək funksiyasının kəskin pozulması, arterial təzyiqin təhlükəli həddə yüksəlməsi və ürək-damar sistemi ilə bağlı ağırlaşmaların yaranma ehtimalı artır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycanda yalnız reseptsiz satılan dərman vasitələrinin reklamına icazə verilir. Resept əsasında satılan preparatların reklam edilməsi isə qanunla qadağan olunub.
Mərkəzdən həmçinin bildirilib ki, sosial şəbəkələrdə ölkədə dövlət qeydiyyatına alınmayan dərmanların sifariş əsasında gətirilməsi ilə bağlı elanlar yayılır. Bu cür fəaliyyət qanunsuz hesab edilir və həmin məhsulların saxlanılması, daşınması və keyfiyyətinə nəzarət etmək mümkün olmur.
Mövzu ilə bağlı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən qeyd edilir ki, satış məqsədilə yayılan və həqiqəti əks etdirməyən dərman reklamları istehlakçıların aldadılması kimi qiymətləndirilə bilər.
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, əgər dərman reklamlarında həkimlə məsləhətləşməyin vacibliyi göstərilməzsə, vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manat məbləğində cərimə ilə üzləşə bilərlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
XƏBƏR LENTİ
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)





