Toyuqlar niyə uça bilmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toyuqlar əslində uça bilirlər; lakin çox uzağa və ya çox yüksəyə deyil, daha çox qısamüddətli və alçaq hündürlükdə uçuşlar edirlər. Hətta buna uçmaq yox, qanad dəstəkli güclü bir sıçrayış hərəkəti demək daha doğru olar. Beləcə yerdəki yırtıcılardan qaça bilər və hündür budaqlara çıxaraq gecələyə bilərlər.
Milli.Az xəbər verir ki, bütün quşlar eyni şəkildə uçmur; hətta qanad istifadə formaları belə fərqlidir. Bəziləri uzun müddət süzülməyə uyğundur, bəziləri qəfil eniş edir, bəziləri havada asılı qala bilir, qalanı isə qısa məsafəli sürətli uçuşlar həyata keçirir. Toyuqlar da yerdə yaşayan bəzi quşlar kimi, əsasən qaçış məqsədli uçuşa uyğunlaşıblar. Bu baxımdan onları suyun üzünə çıxıb qısa müddət süzülən uçan balıqlara bənzətmək olar ki, texniki olaraq onlar da həqiqi mənada uçmurlar.
Bəzi quşlar təkamül prosesində uçma qabiliyyətlərini itiriblər. Çünki uçmaq onlar üçün artıq zəruri deyildi və ya başqa üstünlüklər daha vacib hala gəldi. Dəvəquşları, emular, kivilər və pinqvinlər buna nümunədir. Bu növlərin bədən quruluşları zamanla uçmağa yararlı olmaqdan çıxaraq qaçmaq, üzmək və ya enerji qənaəti kimi üstünlüklər inkişaf edib.
Toyuğun əcdadı olan vəhşi meşə toyuqları əslində kifayət qədər yaxşı qısa məsafəyə uça bilirlər. Xüsusilə ağaclara çıxa bilir və təhlükədən qaça bilirlər. Ancaq ev heyvanı olan toyuqlarda vəziyyət dəyişib. Belə ki, insan tərəfindən aparılan seleksiya nəticəsində, xüsusilə ətlik toyuqlar daha ağır və iri gövdəli hala gətirilmiş, uçma qabiliyyəti isə diqqətdən kənarda qalmışdır. Hətta praktik baxımdan baxsaq, fermerlər üçün daim hasarı aşan və ya ağaclara qaçan toyuqlar ciddi problem yaradardı.
Bu gün bir çox ev toyuğu qısa məsafədə qanad çalaraq yüksəlsə də, oxşar ölçüdəki digər quşlarla müqayisədə kifayət qədər pis uçur. Xüsusilə yetişdirilən toyuqlar həddindən artıq sürətli böyümə və yüksək çəkiləri səbəbindən bəzən düzgün yeriməkdə belə çətinlik çəkə bilirlər.
Buna dar sahələrdə saxlanılmalarını və ya bəzi yerlərdə qanad lələklərinin kəsilməsini də əlavə etdikdə, uçma davranışı daha da məhdudlaşır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şamaxıda meşə ərazisində yanğın baş verib - (Video)
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
XƏBƏR LENTİ
-
Kıvanç Tatlıtuğun5 milyonluq səhifəsi niyə bağlanıb?
-
Şamaxıda meşə ərazisində yanğın baş verib - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Zaur Kamaldan efirə qayıtması haqda suala cavab
-
Vinçenzo Montella sabiq klubuna böyük jest etdi
-
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - (Foto)
-
“Kim deyir iş tapmıram, öz günahıdır” - Hüseyn Məhəmmədoğlu
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Türkmənbaşıda qeyri-rəsmi söhbət ediblər
-
Cəbrayılda eyni ərazidə ikinci mina partlayışı baş verib - Yenilənib
-
Əli Əsədovdan pensiyalarla bağlı yeni qərar
-
Azərbaycanın cüdo tarixində rekord
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
Atilla Taşın qızı faciəvi şəkildə öldü
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib





