ABŞ-də yaşayan azərbaycanlı peşəkar boksçu hamını heyrətləndirdi: rəqibini 12 saniyəyə iki zərbə ilə nokauta göndərdi – VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da yaşayan azərbaycanlı boksçu Yohannes Nuriyev Münhendə keçirilən peşəkar debüt döyüşündə parlaq çıxış edərək özünü güclü şəkildə təqdim edib.
Milli.Az xəbər verir ki, qarşılaşma artıq birinci raundun 12-ci saniyəsində başa çatıb.
Ardıcıl endirilən iki dəqiq zərbə rəqibi nokauta göndərib və azərbaycanlı idmançıya peşəkar arenada ilk qələbəsini qazandırıb - 1-0 (1 KO).
Nuriyev 2002-ci ildə doğulub. ABŞ-də bakalavr təhsili alaraq Nyu Cersi ştatındakı Drew Universitetində fəlsəfə ixtisası üzrə təhsilini başa vurub, hazırda isə "Münaqişələrin həlli və liderlik" üzrə magistratura proqramında oxuyur.
O, boksa 14 yaşından başlayıb və həvəskar karyerasında güclü baza formalaşdırdıqdan sonra 2025-ci ildə peşəkarlara keçib. Onun döyüş çəkisi "heavyweight" kateqoriyasına uyğundur, yarış çəkisi 105-108 kiloqram təşkil edir.
Həvəskar boksda Nuriyev xeyli uğur qazanıb: 2023-cü ilin Azərbaycan çempionu olub, milli komandaya daxil edilib, BRİKS Oyunlarında çıxış edib, həm ABŞ-də, həm də Almaniyada hazırlıq keçib.
İdmançının hazırlıq prosesi iki məşqçinin rəhbərliyi altında qurulub. Baş məşqçi dünya boksunda yarım əsrdən artıq təcrübəyə malik əfsanəvi amerikalı mütəxəssis Ceyms Ali Başirdir. O, Emanuel Styüardın rəhbərlik etdiyi məşhur Kronk Gym məktəbinin üzvü olub və dünya çempionu Vladimir Kliçkonun məşqçi komandasının tərkibinə daxil edilib. Başir məşq prosesində texnikaya, strateji düşüncəyə və döyüşün intellektual idarə olunmasına xüsusi önəm verir.
Nuriyevin əlavə məşqçisi isə azərbaycanlı mütəxəssis Əskər Eyvazovdur. O, idmançının gənc yaşlarından formalaşmasında mühüm rol oynayıb və xüsusilə güc hazırlığına, dözümlülüyə və döyüş xarakterinin inkişafına diqqət yetirib. Onun yetirmələri dəfələrlə milli və beynəlxalq yarışlarda özlərini göstəriblər.
Münhendəki uğurlu debüt Yohannes Nuriyevin peşəkar karyerasında mühüm başlanğıc nöqtəsinə çevrilib. Parlaq startına əsasən, onun növbəti çıxışlarına maraq artıq əhəmiyyətli dərəcədə artıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





