Şou-biznes

Əfsanəvi aktrisanın vəziyyəti ağırlaşdı - FOTO

16 Oktyabr 2025 23:50
Baxış: 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın əfsanəvi aktrisası və müğənnisi 91 yaşlı Bricit Bardo Tulon şəhərində özəl klinikaya yerləşdirilib. Məlumata görə, o, əməliyyat olunduqdan sonra müalicəsini burada davam etdirir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, son üç həftədir Bardo Tulondakı klinikada həkim nəzarətindədir. O, Sen-Tropezdəki malikanəsini tərk edərək təcili şəkildə xəstəxanaya aparılıb.

Həkimlər onun yaxın günlərdə evə buraxılacağını bildirirlər, lakin səhhəti hələ də narahatlıq doğurur.

Bricit Bardo 1950-1960-cı illərin Fransa kinosunun simvolu hesab olunur. "Allah Qadını Yaratdı" və "Jül və Cim" filmləri ilə məşhurlaşıb. Təxminən 47 bədii filmdə rol alıb. Musiqi sahəsində də fəaliyyət göstərib, 30-a yaxın mahnı ifa edib.

1970-ci illərdə kino karyerasını bitirərək həyatını heyvanların qorunmasına həsr edib və öz fondunu yaradıb

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.