Texnologiya

Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!

30 Yanvar 2025 18:18
Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar kiberdələduzlar ələ keçirdikləri "Telegram" hesabları vasitəsilə platforma istifadəçilərinə saxta kampaniyalarda iştiraka dair mesajlar göndərirlər.

Milli.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu mesajlarda saxta "Telegram" giriş keçidləri qeyd olunur. İstifadəçi bu keçidə daxil olub nömrəsini qeyd etdikdə, başqa cihazdan hesabına girişə aid bildiriş (kod) alır. Dələduzlar manipulyasiya yolu ilə bu kodları əldə edərək hesabları ələ keçirirlər.

Qeyd edək ki, ələ keçirilən hesablar vasitəsilə istifadəçilərin yaxınlarına da analoji fişinq mesajları göndərilərək dələduzluq halları davam etdirilir.

Təhlükəsizliyiniz üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edirik:

1.Şübhəli linklərə və QR kodlara daxil olmayın.
2."Telegram"a yalnız rəsmi veb-sayt (https://web.telegram.org) və ya mobil tətbiqlər vasitəsilə daxil olun.
3. Təhlükəsizlik parametrlərində ikimərhələli təsdiqləməni (2FA) aktiv edin.
4.Hesabınızın aktiv olduğu cihazları mütəmadi yoxlayın və tanımadığınız cihazlardan çıxış edin.

İlqar Şabanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.